Yazını böyüt
Yazını kiçilt
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi instaqram hesabında yeni şeirini paylaşıb.
Hafta.az həmin şeiri təqdim edir:
“Mən sənin güzgünəm, mən sənin əksin,
Mən sənin əzabın, tale sirrinəm.
Mən sənin dərdinəm, sənin seçimin,
Naləli göz yaşın, lənət səsinəm.
***
Sənin düşüncənəm, sənin hisslərin,
Sənin qorxuların, acı utancın.
Sakit bir ismətəm, coşqun ehtiras,
Mərhəmət ümmanı, nisgil çayıyam!
***
Həm mərhəmətinəm, həm qəddarlığın,
Həm sənin dərindən dərin olanın.
Həm səxavətinəm, həm hərisliyin,
Ehtirasla sevib nifrət etdiyin!
***
Mən sənin varlığın, oyanan ruhun,
Ömür bildiyimiz o sakit yuxun.
Mən sənin güzgünəm, mən sənin əksin,
Duyursan qəlblərin bir vuran səsin?!”.

